Şəhrizad - Məmmədli Vahid страница 3.

Шрифт
Фон

 Nə gözəl xalçadır?

 Bu xalçanı bəy evindən çırpışdırmışıq. Ara qarışanda gecə gətirdim. Görən olmadı. Bildiyimə görə bu xalçanı bəy qızı Şəhrizad öz əlləri ilə toxuyub. Mahalda bu gözəllikdə xalça yoxdur.

 Sənin oğurluq etməyin də var? Aman Allahım, sən oğrusan

Gülgəz sinəsini qabağa verib,  Ay yoldaş Söhbətov, bu başı batmışa fikir vermə. Özünə böhtan deyən bambılıdır Bu xalça da yaylağa gedəndə ara qarışdı, bizdə qaldı

Fərrux əlini xalçanın üzərinə sürtdü. Bu xalçanın hər ipinə, ilməsinə Şəhrizadın əlləri toxunmuşdu. Gözlərini qapadıb Şəhrizadı xəyalında canlandırırdı:

 Şəhrizad belə xalça da toxuya bilir?

 Ehh, Fərrux yoldaş, o müsibət başlarına gəlməsəydi indi nə qədər

gözəl xalçalar toxumuş, tikmələr tikmişdi.

 Hansı müsibətdən danışırsan, Əhmədəli? Olmaya inqilabı deyirsən? Yoxsa ağlını itirmisən?

 Yox əşşi, Sovet hökumətinə mənim canım da qurbandır. Siz nə danışırsınız Mən atasının və qardaşlarının güllələndiyi müsibəti deyirəm. Talıb bəyimizin qırmızı komandiri öldürdüyü Əhmədəli duruxdu. Dili topuq vurdu. Aman Allahım, mən nə danışıram Kənd axundu Əhmədiyyə ağa bütün kəndi qurana əl basdırmışdı ki, bu söhbəti dilə gətirməsinlər.

 Ay qız, Gülgəz, çay nə oldu,  deyib, aradan sivişmək istəyən Əhmədəlini Fərrux durdurdu.

 Nə oldu? Hara gedirsən? Talıb hansı komandiri öldürüb? Danış

Artıq gec idi. Qul kimi qarşısında əsdiyi Fərrux ondan əl çəkməyəcəkdi. Oxu atıb, yayı gizlədə bilmədi,  yoldaş Fərrux, Şəhrizadın atasını da, qardaşlarını da, Talıb qırmızı komandiri vurduğuna görə, öldürdülər

Həmin gecə Fərrux səhərə kimi yatmadı. Bakıya, Fövqəladə Komissiyaya donos hazırlayırdı: Qırmızı komandiri qətlə yetirən qatı inqilab düşməni Talıb Əmiraslan oğlu Haqverdiyev Amanbəylidə əksinqilabi fəaliyyətini davam etdirir.

Yuxusuz və yorğun olsa da, çiçəyi çırtlayan Fərrux sevinirdi. Bu donosundan sonra Fövqəladə Komissiya Talıbı güllələyəcəkdi. Daha onun qarşısında heç bir maneə qalmayacaqdı. Şəhrizadı ələ keçirdəcəkdi.

Yazdığı donosu tezdən Bakıya yola saldı. Tezliklə Talıbın qətlinə fərman veriləcəyi günü gözləyirdi


3

Çoban Hümbət qoyunları Soltanbuda doğru sürdü. Payızın ilk aylarında ot dizdən idi. Qoyunların yamyaşıl otu acgözlüklə içəri ötürmələri ona ləzzət edirdi. İri bir çinarın altında uzanıb günəşdən sərinlənir, arabir də qoyunlara baxırdı. Amma yuxu onu tez bir zamanda ağuşuna aldı. Ayılanda ala-toran vaxtıydı. Sürü gözünə dəymirdi. Neçə illər idi ki, əvvəlcə Əmiraslan bəyin, indi isə Talıb bəyin çobanı idi. Bu vaxta qədər sürüdən bir quzu da it-bata düşməmişdi.

      Sürünün yoxa çıxması onun ürəyini ağzına gətirmişdi. Hümbət sürünü axtara-axtara xeyli yol qət etdi. Ən qorxduğu şey isə o idi ki, İlyasbudun dərinliklərində ac canavarlar sürünü də, onun özünü də parça-parça edərdi. Amma hələlik nə qoyunlar, nə də canavarlar gözə dəyirdi. Hava artıq qaralmış, süd kimi ay bəxtindən aydınlıq gətirmişdi. Yoxsa zülmət qaranlıqda bağrı yarılardı.

Meşənin dərinliyinə doğru getdikcə ay işığı iri gövdəli ağacların çətirindən görünməz olurdu. Birdən zülmət qaranlıq ətrafı bürüdü. Önündə iki göz parlayırdı. Amma get-gedə bu gözlərin sayı artırdı. Canavar sürüsü onu dövrəyə almışdı . Öndəki iri gözlər ona yaxınlaşırdı. Hümbətin boğazı qurumuş, nəfəs alması çətinləşmişdi. O, qorxudan qışqırmaq istəsə də səsi boğazında ilişib qaldı. Birdən Hümbət anladı ki, o, canavar kimi ulayır:

 A-u-u-u-u

Atəş səsləri onun ulartısını kəsdi. Bayaqdan bəri qaranlıqda sayrışan gözlər yoxa çıxmışdı. Qeyri-ixtiyari yerə uzandı. Bir qədər geri çevrilmək istədikdə əlləri insan çəkmələrinə ilişdi. Başını qaldırıb ona tərəf tuşlanmış tüfəngi indi gördü

İnsanlardan uzaqda meşənin dərinliyində tək-tənha canavarların əhatəsində qaldığı bir zamanda kimliyindən asılı olmayaraq bəni-adəm övladı ilə qarşılaşmaq onu sevindirdi

 Kimsən ə? Qalx ayağa.

Hümbətə bu səs tanış gəlsə də, hələ kəsdirə bilmirdi ki, ona tüfəng tuşlamış bu şəxs kimdir.

Ayağa qalxdı. Öndəki tüfəngin arxasından ona tərəf daha dörd tüfəng tuşlanmışdı. Öndəki əli tüfəngli bir qədər də yaxına gəldi.

Aman Allah, bi ki Əmiraslan bəyin oğlu Məmmədrəsul idi.

 Ağa, mənəm, Hümbət. Məni tanımadınmı?

Məmmədrəsul heç nə demədən arxası tərəfə çəkilib,  gəl dalımca,  dedi. Öndə işıqlıqda o ağasının sifətini tam yəqinliklə gördü. Bir vaxtlar mahalın ən laçın oğlu olan Məmmədrəsul sərtləşib kişiləşmişdi.

 Ağa, Allah razı olsun. Sən olmasaydın canavarlar məni parçalayacaqdı.

 Ay gədə, burda neynirsən. Düzünü de. Yoxsa mənim dalımca

göndəriblər səni?

 Qurbanın olum, ağa, yuxuya qaldığımdan qoyun-quzunu itirmişəm, sanki qeybə çəkiliblər. Sürünü axtara-axtara gəlib bura çıxmışam.

 Yalan deyirsən, məlun. Səni bura öyrədib göndəriblər,  artıq xeyli

müddətdi ki, Məmmədrəsul bəylə meşələrə çəkilən, Ağcabədinin Kəbirli bəylərindən olan Soltan bəy dilləndi.

Neçə vaxtdı ki, meşədə həyat sürən Soltan bəy sanki vəhşiləşmişdi. O

hər kəsdən şübhələnirdi.

Hümbət:  Ağa, niyə hirslənirsən, bizim nəsildən satqın çıxmayıb,

bunu Məmmədrəsul bəydən də xəbər ala bilərsən.

Məmmədrəsul hələ də sərt və səbirsiz olaraq qalırdı:

 Eh Hümbət, bəylik qoydular ki, qalsın bizdə. Sən mənə de görüm

Şəhrizad necədir, Talıbdan nə xəbər?

 Ağa, hamı yaxşıdır. Təkcə səndən nigarandırlar. Mehtər oğlu

İsmayıl deyirdi ki, Şəhrizad xanım qardaşı Məmmədrəsulu görmək üçün bütün dünyanı qurban verər

 Kimə qurban verəcək bu dünyanı, bolşeviklərə? Dünya onlara qalmayacaq Qisasımı almayınca, bacıma de, dünyadan əl çəkən deyiləm.

 Ağa, bəs mənim qoyunlarım?

Məmmədrəsul ucadan şaqqanaq çəkib güldü:

 Ə qırışmal, sənin qoyunların var? Bizim qoyunlar nə tez sənin

oldu? Arxa tərəfdə dərədədir, götür apar. Bacıma da de ki, gələcəm

***

Hümbətin gəlib çıxmaması kənddə hamını təlaşlandırmışdı. Kənd

sovetinin sədri Sibir Qəzənfər camaatı səfərbər etmişdi. Hamı əllərində məşəl Soltanbuda tərəf gedib Hümbəti axtarırdı. Səhərə yaxın kəndlilər uzaqdan qaraltı gördülər. Sibir Qəzənfər atını ora çapdı. Hümbətə yaxınlaşıb şallağını çəkdi onu vursun:

 Hardaydın, ə. Camaatı qanbağır eləmisən. Arvadın saçın yolur.

 Qəzənfər qağa, azmışdım.

 Gəl tez ol, düş qabağıma

Kəndin ağsaqqalı olan Sibir Qəzənfər özündən cavan olan kənd əhlinə övladı kimi baxırdı. Kənddə də hər kəs onun bir sözünü iki eləmirdi.

Kəndlilərin hələ uzaqda olduğunu görən Sibir Qəzənfər atın

üstündən Hümbətə səsləndi:

 Yaxın gəl və mənə diqqətlə qulaq as.  Hümbət yaxınlaşdı.  Bir də gedib başını qurd yuvasının ağzına soxma. Öz ağzını da möhkəm saxla

Handan-hana Sibir Qəzənfərin nə demək istədiyini anlayan Hümbət:

 Qağa mən heç nə görmədim meşədə. Sadəcə azıb gedib oralara

çıxmışam. Meşədir də

 Kəs,  deyə Sibir Qəzənfər Hümbətə səsləndi,  mən sənə sözümü

dedim.

Məmmədrəsulu vəhşi qiyafəsində görüb çox məyus olan Hümbət indi bir az ürəklənmişdi. Deməli, Sibir Qəzənfər də Məmmədrəsulun buralarda, meşədə olduğunu bilirmiş Kənddə də iclasda deyirdi ki, inqilabın düşmənləri ilə mübarizə aparaq Hümbət çiyinlərini çəkdi. Çar dövründə uryadnikin adamını öldürüb Sibirdə dustaq yatmış Qəzənfər bu gün də kənd sovetinin sədridir. Bolşeviklər ona çar üsul-idarəsi ilə mübarizə aparmış qəhrəman kimi baxırdılar. Havayı yerə bu kişiyə Sibir Qəzənfər demirlər ki Hümbət kəndlilərin yaxınlaşdığını görüb fikirdən ayıldı

 Şükür ki, Hümbət tapıldı. Day dağılışın evinizə,  deyən Sibir

Qəzənfər Hümbətə səsləndi,  Talıba de yanıma gəlsin.

Talıb hər dəfə kənd sovetinin binasını görəndə dünya onun başına

Ваша оценка очень важна

0
Шрифт
Фон

Помогите Вашим друзьям узнать о библиотеке

Популярные книги автора