fırlanırdı. Çünki onların evini kənd sovetinə, Əmiraslan bəyin evini isə məktəbə vermişdilər.
İndi Hümbət ona deyəndə ki, Sibir Qəzənfər səni çağırır, ayaqları
getsə də, ürəyi getmək istəmirdi.
Sibir Qəzənfər Talıbı övladı kimi qarşılayıb gecikdirmədən dilləndi:
Bilirsən ki, mən dünyanın hər üzünü görmüşəm. Sizi istəyib
deyirəm Talıb Sibir Qəzənfərin nə demək istədiyini tam anlamayıb sual
dolu nəzərlərlə sovet sədrinə baxdı. Sibir Qəzənfər xısın səslə, Məmmədrəsulu deyirəm, dedi.
Qəzənfər kişi, gör bir neçə vaxtdır mən onun üzünü görmürəm
Bilmirəm. Görürsən, ya yox Amma onu bilirəm ki, onun
gördüyü işin axırı yoxdur. Tutub güllələyəcəklər. Kişilər o boyda dövlət qurmuşdular Bakıda. Axırı nə oldu? Ölən öldü, sağ qalan da pərən-pərən düşdü vətəndən Əmin oğlu sizi də zibilə salacaq
Mənim əlimdən nə gəlir ki
Bax zəmanənin ən doğru cavabı budur. Bizim əlimizdən nə gəlir
ki? Başqa yolumuz yoxdur. Vallah belə getsə, ona görə kəndin də altını üstünə çevirərlər.
Talıb çiyinlərini çəkdi:
Axı mən onun harada olduğunu hələ də bilmirəm.
Yaxındadır. Uzaqda deyil. O ya təslim olmalıdır, Ya da Arazı
keçib qeybə çəkilməlidir. Nə vaxtadək meşələrdə canavar kimi yaşayacaq. İndi ətrafda biri öldürülən kimi ondan şübhələnirlər. Fövqəladə komissiya onu axtarır. Geci-tezi var. Tapıb güllələyəcəklər.
Əlimdən nə gəlir ki?
Gec-tez o Şəhrizadı görmək istəyəcək. O bacısını çox istəyir. Sizinlə əlaqə qurmaq istəyəcək. Şəhrizada da de, qoy onu yola gətirsin. Onun müqaviməti mənasızdır
Sibir Qəzənfərin yanından çıxıb evə qayıdan Talıb tərəddüd içərisindəydi. Bilirdi ki, o Şəhrizada Məmmədrəsulun sağ olduğunu, həm də çox yaxında olduğunu desə, qardaşı üçün burnunun ucu göynəyən Şəhrizad Məmmədrəsulu görmək istəyəcək. Mərdliyi, qorxmazlığı ilə seçilən Şəhrizadın imkanı olsaydı hətta at belində qardaşını kənd-kənd, meşə-meşə axtarardı.
Hələlik Şəhrizada bir söz deməmək qərarına gəldi. Məmmədrəsulun xasiyyətinə bələd idi. Gec, ya tez bacısını görmək istəyəcəkdi
Yaxşı deyiblər ki, cidanı çuvalda gizlətmək olmaz. Məmmədrəsul
söhbəti getdikcə böyüyürdü. Xırçınlıda sovet sədrinin öldürülməsindən sonra bu söhbət daha da böyüdü. Söhbət gəzirdi ki, Xırçınlıda sovet sədrini Məmmədrəsulun dəstəsi qətlə yetirib.
Orda yerlilərdən heç kim sovet sədri olmaq istəmədiyindən, Qəmərlidən təyin olunmuş yeni sovet sədri camaata qan uddurur, qız-gəlini belə qamçılayırdı. Məmmədrəsul da ona həddini bildirmiş, amma sovet sədri bir az da üstünə qoymuşdu. Odur ki, Məmmədrəsul öz adamları ilə gecə kəndə soxulub onu güllələmişdilər.
İndi Məmmədrəsul söhbəti gəlib Fərruxa da çatmışdı. Son vaxtlar Fərrux kəndin axundu Əhmədiyyə ağa ilə də yola getmirdi.
Kəndin qədim qəbiristanında Köyəli baba adlanan ocaq vardı. Bütün
kənd bilirdi ki, bu müqəddəs ocaqda uyuyan Köyəli baba Əhmədiyyənin ulu babasıdır. Əsrlərdən bəri insanların inanc yeri olan Köyəli babanın qəbri üstündə Əmiraslan bəylə Ziya bəy gözəl, əzəmətli kümbəz tikdirmişdi.
Kəndin bütün axundları, mollaları bu nəsildən gəlirdi. Bolşevik hökumətinin tüğyan etdiyi bir dövr olmasına baxmayaraq insanların Köyəli baba ziyarətgahına olan inamı zərrəcən də olsun azalmamışdı.
Əhmədiyyənin evi də ziyarətgahı xatırladırdı. Bu kənddə kimsə bir iş
görməmişdən öncə Əhmədiyyə babaya dua yazdırır, xeyir-dua alırdılar. Xəstələr onun duaları sayəsində şəfa tapırdılar.
Fərrux məktəbdə hər gün təbliğat aparırdı ki, camaat dinə inanmasın.
Əhmədiyyə babaya inanmağın xurafat olduğunu deyən Fərrux, hətta Sibir Qəzənfərin da qəzəbinə tuş gəlmişdi.
Fərrux, mən tutulan gün rəhmətlik nənəm Əhmədiyyə babaya bir
dua yazdırıb, mənə vermişdi. Sibirə sürgün olundum. Mənimlə Qafqazdan gedənlərin biri də sağ qalmadı. Amma mən geri qayıtdım. Həyatımı o duaya borcluyam. Köyəli baba ocağının gücünü sən hələ görməmisən. Camaatın inancıyla oynama
Camaat Leninə, Stalinə inanmalıdır. Olmaya onlara sən də
inanmırsan?
Sibir Qəzənfər arif adam idi. Bir dənə səhv kəlməsi onu Fərrux
kimilərin əli ilə Fövqəladə komissiyanın zindanına yuvarladacaqdı. Odur ki, təmkinini pozmadan dedi:
Eyy Sən mənə ağıl öyrətmə. Mən bu dövlət uğrunda
vuruşmuşam, türmələrdə yatmışam. Amma sən neyləmisən?
Fərrux anlayırdı ki, Sibir Qəzənfərə girişə bilməz. Hətta bəziləri deyirdilər ki, Qəzənfər Stalinin özüylə birgə türmədə yatıb
Sibir Qəzənfərdən ayrılıb məktəbə yollanan Fərrux təlaş içində idi. Talıbdan yazdığı donosla maraqlanan yox idi. Talıbı hər gün görəndə elə bil onun atasına söyürdülər. Qərara aldı ki, sabah sübh tezdən özü Fövqəladə komissiyaya getsin
Muradxan Qalabəyov bölgənin Fövqəladə komissiyasının sədri idi. Bəy nəslindən olsa da, vaxtilə Peterburqda təhsil alarkən sosial-demokrat ideyaları onu özünə cəlb etmiş, sonradan isə bolşeviklərə qoşulmuşdu. Haqverdiyevləri yaxından tanıyırdı. Əmiraslan bəy də, Ziya bəy də atasının dostları idilər.
İndi qarşısında əyləşib ağzından od tökülən Fərruxa sakit və təmkinlə qulaq asan Qalabəyov köç zamanı qırmızı komandirin güllələnməsi olayından da hərtərəfli xəbərdar idi.
Yoldaş Qalabəyov, bolşevik qatilinin əl-qolunu sallayıb aramızda
gəzməsinə mən bir bolşevik olaraq dözə bilmərəm. O təcili həbs edilməli və layiqli cəzasını almalıdır.
Fərrux püskürüb qurtardıqdan sonra eynəyini çıxarıb həmsöhbətinin gözlərinin içinə baxan Qalabəyov dilləndi:
Fərrux Söhbətov yoldaş! Sizin bir vətəndaş, həm də bolşevik
olaraq sayıqlığınızı alqışlayıram.
Mən sizə mütəmadi bütün məlumatları verəcəm.
Çox sağ olun. Minnətdar olarıq. Amma bir məsələni siz bilməlisiniz.
O nə məsələdi elə?
Sizin məlumat verdiyiniz məsələ ilə bağlı bildirmək istəyirəm ki,
bu məsələ yoldaş Bağırovun öz rəhbərliyi ilə baxılıb, araşdırılıb, istintaq olunub. Hazırda ölkənin Baş Prokurorunun müavini olan Qüdsi Hacıyev yoldaş dediyiniz hadisənin birbaşa şahididir. Bəyəm siz və ya mən yoldaş Mircəfər Bağırovdan, Qüdsi Hacıyevdən çox bilirik? Onlar bu məsələni araşdırıb nöqtəsini də qoyublar. Talıb Əmiraslan oğlu Haqverdiyev də bu məsələdə birbaşa günahkar olsaydı nə Bağırov, nə də ki, Hacıyev yoldaşlar onun azadlıqda qalmasına imkan verməzdilər. İnqilabi tribunal onu çoxdan güllələmişdi. İstintaq materiallarından görünür ki, qırmızı komandir Savelyevi güllələyən isə Məmmədrəsul Haqverdiyevdir. Tərəfimizdən axtarılır. Bax bu qəddar banditin tapılmasına köməklik etsəniz minnətdar olaram.
Bəy nəslindən olan ziyalı Qalabəyov dediklərinə Fərruxu bir daha inandırmaq üçün təkrar söylədi: Yoldaş Bağırov səhv qərar verə bilməz.
Əli hər yerdən üzülmüş Fərrux yamanlığını davam etdirirdi:
Bəlkə Bağırov yoldaşa Qüdsi Hacıyev düzgün məlumat verməyib?
Qalabəyov hirsləndi:
Özünüzü yığışdırın, Söhbətov. Siz respublikanın rəhbərləri
haqqında necə belə sözlər işlədə bilərsiniz? Ayıb olsun. Sizi xəbərdar edirəm, kişilərin qulağına çatar, heç də sizin üçün yaxşı olmaz. Gedə bilərsiniz
Əli ətəyindən uzun qayıdan Fərruxun heyrətdən gözləri bərəlmişdi. O ümid edirdi ki, Talıbın güllələnməsinə nail olub Şəhrizadı tezliklə ələ keçirəcək. Amma bu o qədər də asan deyildi
İndi Talıbın Məmmədrəsulla əlaqəsi olduğunu ortaya qoymaq üçün çalışmalıydı
Öz işinin peşəkarı olan Muradxan Qalabəyov Fərrux getdikdən sonra düşündü ki, Amanbəylidə hələ çox olaylar olacaq İndi yadına düşdü ki, Fövqəladə komissiyanın respublikanın bütün ərazisində geniş agentura şəbəkəsi qurduğu bir halda nədənsə Amanbəylidə bir nəfər də olsun agentləri yoxdur? Düzdür bu bir qədər də Sibir Qəzənfərdən qaynaqlanırdı. Türmə həyatını gözəl bilən Qəzənfər kişi öz kəndlərində agentlərin olmasının qarşısını alırdı. Hər dəfə çekistlərdən kimsə kəndə gələndə yeyib-içməklə həmin əməkdaşın başını qatıb kənddən kimisə yanlamasına imkan vermirdi.