Məmmədli Vahid - Şəhrizad стр 7.

Шрифт
Фон

ona tez-tez su gətirməsi, bütün iş boyu tarlada İsmayıldan gözlərini çəkməməyi, Əhmədəli qızının İsmayıla əməlli-başlı sevgi etirafı idi. İsmayılın yaşı ötürdü. Bu yaşa qədər kiminsə evlənməməyi bu kənddə söz-söhbət, sual doğururdu. Sağlam, igid oğlan olan İsmayılın evlənməməyinə yalnız bir ad verirdilər ki, yəqin özündən çox razıdır. O, gözəllər-gözəli axtarır.

Xoşqədəm də, Ayna da ərgən qızlar idi. Gözəllikdən, boy-buxundan da əmin idilər. Xoşqədəmin son vaxtlar anasına da diqqət etməsi onu daha şanslı göstərirdi. Amma İsmayılın Aynanı da sevməməyinə heç bir əsas yox idi.

İsmayıl bu gün az qaldı Xoşqədəmə desin ki, "sən çox gözəl və

mehriban qızsan. Lakin mən səninlə evlənməyəcəm". Yəni qızın ümidlərini birdəfəlik qırıb başa salsın ki, özünə gün ağla, başqa istəyənin olsa, ona ərə get. Amma İsmayıl Xoşqədəmə heç nə deyə bilmədi.

Aynaya da deyə bilməyəcəkdi.

Xoşqədəmin evə çox məyus gəlməsi Nübarın gözündən qaçmadı.

 Bir təhər dəyirsən gözümə. Olmaya o imansız xətrinə dəyib?

 Yox, ay ana O imansız dediyin mənimlə heç kəlmə kəsmək

istəmir. Zalımın oğlu özünü elə aparır ki, elə bil danışmaq da pulnandır.

 Ağız, yəqin utanır də Anasının da ağlı başındadır ki, desin, ay

bala, yaşın keçir, evlən.

 Nə bilim, ay ana, daha dözə bilmirəm

 Bıy, başıma xeyir. A-a-a, sən lap ölürsənmiş ki onun üçün.

Xoşqədəm daha heç nə demədi. Dərindən ah çəkib, mütəkkəyə

dirsəkləndi

Əhmədəli Qeybəli Cəbrayılovun yanından çıxıb kəndə qayıdırdı. O, artıq məxfi əməkdaş kimi fəaliyyət göstərəcəkdi. Cəbrayılov ona demişdi ki, gözünü dörd aç Məlumatları vaxtında çatdır. Fərrux Söhbətovdan da qorxma. Sən artıq bizim əməkdaşsan.

Həyətə girər-girməz arvadını önündə gördü:

 Nə olub, ay arvad?

 Nə olacaq Söhbətov yoldaş yuxudan durandan dünyanı dağıdır.

Deyir məndən icazəsiz hara gedib?

 Sən nə dedin?

 Dedim, erkək qoyun can verirdi. Apardı Leş Əliyə vaxtında

çatdırsın. Amma Söhbətovun hirsi soyumaq bilmədi, ay kişi. Başılovlu getdi məktəbə.

 Qələt eləyir Söhbətov. Gedib o axmağa deyəcəm ki, daha bizdə

qalma Gətirib çıxarmışam ocağımın başına. Bircə gün işə getməyəndə dünyanı dağıdır?

 A kişi, gərək icazə alaydın

 Nə icazə? Mən ona hara getdiyimi deyə bilməzdim. Yoldaş

Cəbrayılov şəxsən göstəriş verib.

 Bilmirəm, ay kişi. İndi səni işdən çıxarsa, Cəbrayılov arxanda

duracaqmı?

 Arvad, sən belə şeyləri bilməzsən. Get, işinlə məşğul ol.

Söhbətov mənə heç nə edə bilməz.

Arvadının həyəcanı bir qədər səngidi və sakit səslə dedi:

 Təki elə olsun, ay kişi. Mən nə deyirəm.

Əhmədəli daha evə girmədi. Məktəbə doğru yollanaraq yolboyu təkrarlayırdı: "Mənim arxamda ÇK durub. Söhbətov kimdir?"

Hirsindən kəndir çeynəyən Söhbətov Əhmədəlini görcək bağırdı:

 Hardaydın ə-ə-ə?

 Müdir, erkək əldən getdi: Dedim o başdannan murdar olmamış Leş

Əliyə çatdırım.

 Mənə niyə demədin?

 Müdir, sübh tezdən dedim səni qan-bağır edib yuxudan

durğuzmayım.

Fərruxun səsi yavaşıdı. Nə deyəcəyini bilmədi. Udqunub,  icazəsiz

bir də getsən, səni it kimi qovaram,  dedi.

Əhmədəli ürəyində İt sənin dədəndir deyib, məktəb direktorunun

otağını tərk etdi


4

Pambıq yığımının qızğın vaxtıydı. Axşamın ala-toranına doğru qadınlar yığdıqları pambığı çuvallarda qapanın yanına daşıyırdılar. Hesabdar İsfəndiyar bir-bir yaxınlaşan qadınların çuvallarını çəkib özündə qeydiyyat aparırdı. Şəhrizadın pambığını çəkib qeydiyyat apardıqdan sonra qıza dedi:

 Halaldır, ay Şəhrizad. Hər günün hesabatından görünür ki, ən çox

pambığı sən yığırsan. Gündəlik normanı ödəyirsən. Halaldır, vallah. Belə getsə, inşallah əmək qabaqcılı alacaqsan.

Şəhrizad heç nə demədən kəlağayısını düzəldib kəndə tərəf addımlayan qadınlara yaxınlaşdı.

 Olacaq da əmək qabaqcılı. Bizim kimi burda tər töküb sonra da

səhərə kimi evdə biş-düşlə məşğul olmur,  bunu Əhmədəlinin arvadı Gülgəz dedi.

Şəhrizad dinmədi. Amma Nübar sinəsini qabağa verib:

 Nə deyirsən ay tülkünün quyruğu,  dedi.

Kənddə hamı Əhmədəliyə tülkü Əhmədəli dediyindən, Nübarın sözləri Gülgəzi cin atına mindirdi. Odur ki, Nübarın üstünə şığıdı. Hesabdar İsfəndiyar, briqadir Alı özlərini çatdırmasaydılar bir-biri ilə saçyolduya çıxan Gülgəzlə Nübarı ayırmaq mümkün olmayacaqdı.

Aralanıb ön tərəfdə gedən Gülgəz qışqırırdı:  Mənə tülkünün quyruğu deyir Özün nəsən sən Bəy qızının tulası

Baş verən dava-dalaş hamıdan çox Şəhrizada təsir etmişdi. Axı nəyə görə insanlar ondan əl çəkmirdilər. Bir neçə gün idi ki, Qüdsinin ölümündə heç bir əli olmayan qardaşı Məmmədrəsul barədə şər-böhtan deyir, bu gün də onun min-bir əziyyət bahasına hamıdan çox pambıq yığmasına qibtə edirdilər. Bəyəm o, günahkardır ki, bəy qızıdır?

Şəhrizad dərindən ah çəkdi. Səhərdən bəri ayaq üstündə işlədiyindən şişmiş ayaqları sözünə baxmırdı. Bir yandan da Gülgəzin Nübara Bəy qızının tulası,  deməsinə lap çox üzülürdü

Kənddə Talıb qədər ikinci savadlı yox idi. Onu məktəbə müəllim götürməsələr də, əlacsız qalıb kolxoza mühasib götürmüşdülər. Kolxoz sədri Süleyman savadsız olduğundan onun da, kolxozun da bütün yazı-pozu işlərini Talıb aparırdı.

Hesabdar İsfəndiyar bu günün yığım qeydlərini yazdığı dəftəri gətirib Talıbın stolunun üstünə qoydu. Talıb dəftəri açıb əmək günü kitabına göstəriciləri köçürərkən gözü Şəhrizadın bu gün də hamıdan çox pambıq yığdığını göstərən rəqəmlərə sataşdı. Dünyada ən çox sevdiyi insanın, Şəhrizadın uğurlarına sevinən Talıbın dodağı qaçsa da, ürəyindən qara qanlar axdı. O cür naz-nemət içində yaşamış xanımının hər gün qızmar günəş şəfəqləri altında qul kimi işləməsi Talıbı çox üzürdü. Hər gün bir yastığa baş qoyanda arvadının vaxtilə bir cüt göyərçini xatırladan əllərinin necə kobudlaşdığını, qabardan xətt-xətt olduğunu görürdü.

Talıb neçə dəfə istəmişdi Şəhrizada desin ki, pambığa getmə. Amma anlayırdı ki, bu, mümkün deyil. Onsuz da ağzıgöyçəklər onlara hələ də sinfi düşmən kimi baxırdılar


***

Fərrux dəliyə dönmüşdü. Əhmədəlinin son dövrlər dəyişən üzü, arvadı Gülgəzin ona əvvəlki kimi qulluq etməməyi onu cin atına mindirirdi

Özünə ailə, ev-eşik qurmağın vaxtı çatmışdı. Amma nə qədər ki Talıb azadlıqdadır, o Şəhrizadla bağlı arzusuna çata bilməyəcəkdi: Qüdsi Hacıyevin qətlə yetirilməsi onun önünü açsa da, Muradxan Qalabəyov hələ də öz vəzifəsinin başında idi.

Rus dilini pis bilmirdi. Bu dildə yazıb-oxumağı bacarırdı. Moskvaya, Mərkəzi Komitəyə, Fövqəladə komissiyaya yazacağam. Nə olar,  olar. Qocalıram Bu bəy oğlu əlini-qolunu sallayıb kənddə at oynada bilməz. Hələ bir mühasib də qoyublar onu. Yazmalıyam. Şəhrizad günün altında solan qızılgül kimi günü-gündən əriyir. Mənim olsa, onu işləməyə qoymaram

Bayaqdan bəri, evə gəldiyindən Əhmədəlini və Gülgəzi evdə görmədi. Ürəyi çay istədiyindən dözməyib qışqırdı:  Əhmədəli, Əhmədəli, Gülgəz

Alt otaqda Fərruxun səsini eşidən Ayna yuxarı qalxdı. Qapını döyüb,  dədəmgil evdə yoxdur. Nənəmin vəziyyəti yaxşı deyil, oraya gediblər,  dedi.

Fərrux sanki Aynanı heç görməyibmiş kimi onu təpədən dırnağadək süzdü. İri sinəsinin yanıyla üzüaşağı uzanan, zil qara hörüklərinə, incə belinə baxdı "Mən bu qıza əvvəl niyə fikir verməmişəm. Heç də pis qız deyil"

Ayna Fərruxun nəzərlərini üzərində hiss edib ağzında durduğu, qapını bir qədər özünə tərəf çəkdi. Aynaya baxa-baxa bihuş olub şəhvətinə qul olan Fərrux qapının cırıltısından bir qədər ayıldı:

 Sən çay dəmləyə bilərsən?

 Hazırı var. Təzə dəmləmişəm. İndi gətirərəm.

 Hə, bir çay versən yaxşı olar. Ciyərim yanır.

Bir azdan qapı önündə Aynanın ayaq səsləri eşidildi. Qapı xəfif açıldı. Nəlbəkidəki çay dolu stəkanı irəli uzadan Ayna, heç nə demədən gözlədi ki, Fərrux çayı götürsün. Nəlbəkini qızın əlindən almağa tələsməyən Fərrux bayaqdan bəri uzandığı döşəyin üstündən qalxmadı. Hələ də Ayna ilə bağlı şəhvət dolu xəyalda idi.

Ваша оценка очень важна

0
Шрифт
Фон

Помогите Вашим друзьям узнать о библиотеке

Скачать книгу

Если нет возможности читать онлайн, скачайте книгу файлом для электронной книжки и читайте офлайн.

fb2.zip txt txt.zip rtf.zip a4.pdf a6.pdf mobi.prc epub ios.epub fb3

Популярные книги автора